Azərbaycan dindarların ən az olduğu ölkələrdəndir. "Gallup" sorğu mərkəzinin sorğusundan belə çıxır. "azadlıq.org" saytının məlumatına görə, mərkəz ölkələrin diniliyinin səviyyəsini öyrənmək məqsədilə üç il sorğu aparıb. 2006, 2007 və 2008-ci illərdə 140-dan çox ölkədə sorğu keçirilib.