Balakən rayonunda "Yəhovanın şahidləri" dini sektasını təbliğ edən şəxslər saxlanılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, saxlanılan şəxslər Gürcüstan Respublikasının vətəndaşları olublar.
Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı şübhəli şəxs qismində saxlanılan Gürcüstanın Laqodexi rayon sakinləri - 1977-ci il təvəllüdlü Davidi Bekaşvili və 1979-cu il təvəllüdlü Mamuka Subuaşvilidən Almaniyada çap olunmuş 3 adda 171 ədəd "Yəhovanın şahidləri" haqqında kitab aşkarlanıb.
"Müqəddəs kitab əslində nə öyrədir", "Vahid həqiqi Allaha ibadət edin" və "Allaha həqiqətən tabe olmaq vaxtı" kitabları müsadirə olunandan sonra saxlanılan şəxslər Azərbaycan ərazisindən çıxarılıblar.