"Nəzir pulları ətrafında olan söz-söhbətə son qoymaq üçün dəfələrlə təklif vermişəm ki, yığılma və xərclənmədən narahatlıq keçirənlər komissiya yaradıb bu prosesdə iştirak edə bilərlər". "Turan"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Şeyx komissiya yaradılmasını nəzirlərlə bağlı xoşagəlməz söz-söhbətə son qoymaq üçün ən yaxşı vasitə adlandırıb: "Ötən il "Təzə pir" məscidində 6 min, "Göy məscid"də isə 8 min nəzir yığılıb. Amma bu məscidlərin, eləcə də digər məscidlərin elektrik enerjisi, qaz, su məsrəfinə ödənişləri yığılan məbləği dəfələrlə üstələyir, xərc borcu ödəmir".
Nəzir qutularının məscidlərdən yığışdırılmasının tərəfdarı olduğunu deyən A.Paşazadə insanların öz niyyətlərilə nəzir vermələrini yasaq etməyin də dindənkənar bir addım olduğunu bildirib.