Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun bu gün imzaladığı sərəncama əsasən, beynəlxalq simpozium bu ilin aprel ayında Naxçıvan şəhərində təşkil olunacaq.
Xatırladaq ki, son illərdə Nuh peyğəmbər və dünya tufanının Naxçıvanla əlaqəsinə dair 20-dən çox kitab və monoqrafiya, 120-dən çox elmi məqalə dərc olunub. Tədqiqatlar nəticəsində Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstu türbəsinin yeri müəyyənləşdirib, tikinti qalıqları əsasında abidə bərpa olunub. / APA