Bu gün Rusiyanın paytaxtında Moskvada bütün Rusiyanın patriarxı Kirillin sədrliyi ilə dinlərarası dialoq üzrə yüksək səviyyəli işçi qrupun yığıncağı keciriləcək. İclasda YUNESKO-nun baş katibi Koişiro Matsura, Dünya İslam Liqası baş katibinin müavini Məhəmməd Həyat, İsrailin dini lideri, ABŞ-dakı "Vicdanın çağırışı" fondunun rəhbəri, Almaniya Yevangelist kilsəsinin rəhbəri, Vatikanın Rusiyadakı nümayəndəsi, o cümlədən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə iştirak edəcək.