Nigeriyada silahlı toqquşma davam edir. "Boko Haram" adlı ekstremist qrupun 3 şəhərdə polis bölmələrinə silahlı basqını nəticəsində ölənlərin sayı 150-yə çatıb.
"Boko Haram" adlı ekstremist qrup üzvləri Bauçi, Yobe və Borno şəhərlərində polis bölmələrinə hücum edib. Nəticədə toqquşma baş verib. Ölənlərin əksəriyyətinin qrup üzvü olduğu bildirilir.
"Nigeriyanln Talibanı" adlandırılan "Boko Haram" Nigeriyada şəriət dövlətinin yaradılmasını istəyir. Hazırda ölkənin şimalı şəriət qanunları ilə idarə edilir. 140 milyon əhalisi olan ölkənin yarısı müsəlman, yarısı xristiandır.