Dünya üzrə "donuz qripi"nin yayılması Məkkəyə Hacc ziyarəti üçün gələcək insanların sayına təsir etmir. Bu barədə Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.
Hacc ziyarətində iştirak etməkdə maraqlı olan ölkələrə milyona min prinsipi ilə kvota ayrılır.
Bundan əlavə, Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, A/H1N1 virusunun yayılması ilə əlaqədar olaraq zəvvarların Hacc ziyarətində iştirakı ilə bağlı 65-dən yuxarı və 12-dən aşağı yaş məhdudiyyəti tətbiq edilə bilər.