Avtobusla Həccə getmək istəyənlər üçün ayrılan yerlər dolub. Bu barədə məlumatı ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən müdiri Müqəddəs Payızov verib. O bildirib ki, 300 nəfərlik yerlərə sənəd qəbulu başa çatıb.
Təyyarə ilə getmək üçün sənədə qəbulu davam edir. Bu vaxta kimi 400-ə yaxın zəvvar təyyarə ilə Həccə getmək üçün müraciət edib. M.Payızov xəstələr, hamilə qadınları, uşaqları Həcc ziyarətindən imtina etməsi məsələht görüldüyünü qeyd edib. "Bu bir təklifdir. Ancaq bir tərəfdən onları çəkindirməyə ixtiyarımız yoxdur. Bu məsələ səfirlikdən asılıdır. Biz onlara bildirimişik ki, əgər səfirlik viza verməsə, bu bizim idarədən asılı deyil".
O, zəvvarlardan orqanizmlərində immunitettin yaranması üçün adi qrip əleyhinə vaksin vurdurmaları ilə bağlı arayış tələb olunacağını vurğulayıb.
Qeyd edək ki, Həcc ziyarəti noyabr ayının əvəllərində başlayacaq. Bu il Həcc ziyarəti üçün Qafqaz Müsəlmanları İdarəsi kvotanı 6 mindən, 2 min nəfərə endirib.
Bu il Həccə ziyarəti üçün qiymətlərdə dəyişdirilməyib. Belə ki, ziyarəti avtobusla etmək istəyənlər 2 min, təyyarə ilə isə adambaşına yerləşmədən asılı olaraq, 3500-5000 manat ödəməli olacaqlar./ANS PRESS/