 | POPULYARXƏBƏRLƏR |




|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin 60 illik yubileyi və Şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş qonaqlar bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. APA-nın xəbərinə görə, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Belarus patriarxı Filaret və digər şəxslər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə əklillər qoyublar.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009
|
Minsk və Slutsk mitropoliti, bütün Belarusun patriarx ekzarxı Filaret bu gün Bakıya gəlib. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60, bu vəzifədə çalışmasının isə 30 illiyi ilə bağlı tədbirlərdə və dinlərarası dialoq mövzusunda konfransda iştirak etməkdir. Patriarxın prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009
|
Moskva və bütün Rusiyanın patriarxı Kirill noyabrın 6-da Azərbaycana gələcək. APA-nın patriarxlığın saytına istinadən verdiyi məlumata görə, Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 60 illik yubileyi və şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətlər keçiriləcək tədbirlərə qatılacaq. O, Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasında, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda da olacaq. Kirillin Bakıda bütün Gürcüstanın patriarxı II İlya ilə görüşü də nəzərdə tutulub.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009
|
Gürcüstan katalikos-patriarxı II İlya sabah Azərbaycana səfərə gələcək. APA-nın məlumatına görə, II İlyanı səfərdə böyük nümayəndə heyəti müşayitə edəcək. Patriarxın səfərində məqsəd Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etməkdir. Mərasimə qatılmaq üçün Moskva və bütün Rusiyanın patriarxı Kirill və digər din xadimlərinin də Bakıya gələcəyi gözlənilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009
|
"Azana heç kəs qadağa qoymayıb. Bundan söhbət belə gedə bilməz". Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009
|
Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar üçün sənəd qəbulunun müddəti daha bir neçə gün uzadılıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, sənəd qəbulu üçün elan olunan vaxt noyabrın 1-də başa çatsa da, yerlər dolmadığına görə müddətin uzadılması qərara alınıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009
|
Azərbaycanın Abşeron rayonunun Mehdiabad qəsəbəsində olan məscidin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən bildirilib ki, hazırda məscid fəaliyyətini davam etdirir: " Məscidin fəaliyyətinin dayandırılması nəzərdə tutulmayıb".
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Oktyabr, 2009
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın Prezident Administrasiyasının rəhbəri Rəhim Məşaini qəbul edib. APA-nın məlumatına görə, tədbirdə QMİ sədri İran və Azərbaycan xalqlarının dost və qardaş olduğunu deyib. Şeyx bildirib ki, iki ölkə düşmən qarşısında bir-birinə arxa olub: "İranın öz müstəqilliyini qoruması bizim üçün örnəkdir. İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında da İran öz dəstəyini əsirgəməyəcək. Həqiqət həmişə üstün olub. Bizim dost olmağımızı istəməyən qüvvələr var. Ancaq bizi birləşdirən dəyərlər çoxdur".
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Oktyabr, 2009
|
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə "Bakı – İslam mədəniyyətinin paytaxtı -2009" ili çərçivəsində "İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda ilk öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına müraciəti səsləndirilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Oktyabr, 2009
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Lənkəranda "Azərbaycanda dövlət və din münasibətlərinin hüquqi bazası" mövzusunda seminar-müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, rayondakı dini icmaların və hüquq-mühafizə orqanlarının nümayəndələrinin, habelə təhsil, mədəniyyət və tibb işçilərinin qatıldığı tədbirdə DQİDK-nin şöbə müdiri Ceyhun Məmmədov, Lənkəran rayon prokurorunun köməkçisi Rəşad Tanrıverdiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, DQİDK-nin cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Bədirov və başqaları çıxış edərək Azərbaycanda dini ayinlərin və mərasimlərin icrası üçün heç bir maneənin olmadığını, məscidlərdə, kilsə və məbədlərdə əsaslı təmir və bərpa işlərinin aparıldığını, respublikanın demək olar ki, bütün şəhər, qəsəbə və kəndlərində yeni məscidlərin tikilib möminlərin istifadəsinə verildiyini diqqətə çatdırıblar.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Oktyabr, 2009
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|