 | POPULYARXƏBƏRLƏR |




|
"Mən dindar deyiləm, ona görə də Azərbaycandakı dini həyatı qiymətləndirə bilmərəm. Amma bir səfir kimi buradakı vəziyyət barədə məlumatlıyam - xüsusən də pravoslav kilsəsinin problemləri və qayğıları barədə. Çünki mənim təmsil etdiyim ölkənin əsas dini etiqadı pravoslavlıqdır". Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda pravoslavların vəziyyəti barədə APA-nın sualını cavablandırarkən deyib. O, əlindəki informasiyalara əsasən Azərbaycanda dindar insanlar üçün hər cür şərait yaradıldığını söyləyib: "Bir səfir kimi hansısa təzyiqlər və problemlərlə bağlı mənə müraciətlər olmayıb. Bu, onu göstərir ki, Azərbaycanda sülh, əməkdaşlıq şəraiti var və buna yalnız sevinmək olar. Bizdə din dövlətdən ayrıdır, amma çox maraqlıdır ki, burada kilsənin fəaliyyəti dövlətlərarası münasibətlərin lazımi istiqamətdə inkişafına yardım edir".
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Oktyabr, 2009
|
Bakı və Xəzəryanı Yeparxiyanın bərpasının 10 illiyi ilə bağlı "Bakı və Xəzəryanı Yeparxiya – 10 illik yol" adlı fotosərgi açılıb. APA-nın məlumatına görə, yepiskop Aleksandr Ata yeparxiyanın tarixi barədə danışaraq bildirib ki, 20-ci əsrin əvvəllərində yeparxiyanın yaradılmasına səbəb Azərbaycanda rusiyalı hərbçilərin, alimlərin, müəllimlərin, neft buruqlarında çalışan rusiyalı fəhlələrin sayının artması olub. O, XX əsrin birinci onilliyində Bakıda 17, Azərbaycanda isə 70-dən artıq pravoslav kilsəsinin fəaliyyət göstərdiyini xatırladıb. Azərbaycanda heç vaxt dinlərarası münaqişənin olmadığını, əksinə, pravoslav kilsələrin inşası zamanı müsəlmanlardan ianələr daxil olduğunu söyləyən yepiskop əlavə edib ki, Müqəddəs Jen-Mironosets kafedral kilsəsini məşhur mesenat Hacı Zeynalabdin Tağıyev tikdirib, sonra isə sahibkar Aydın Qurbanov bu kilsənin bərpasına maddi vəsait ayırıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Oktyabr, 2009
|
Bakı və Xəzəryanı Yeparxiyanın bərpa olunmasının 10 illiyi münasibətilə yepiskop Aleksandr Ata mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, yepiskop 1905-ci ildə yaradılmış Yeparxiyanın tarixi barədə məlumat verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Oktyabr, 2009
|
Moskva və Bütün Rusiyanın patriarxı İkinci Kirill 2010-cu ilin yazında Bakıya gələcək. APA-nın məlumatına görə, bu barədə Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata bu gün keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, Patriarx Bakıda keçiriləcək dinlərarası sammitdə iştirak etmək üçün dəvəti qəbul edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Oktyabr, 2009
|
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən zəvvarlara özəl şirkətlərin xidmətlərindən istifadə etməməyə çağırır. Buna səbəb isə belə qurumların xətti ilə alınan vizaların qəbul olunmayacağıdır.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2009
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib ki, səfərin məqsədi "Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu" mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak etmək olub. Onun sözlərinə görə, Əbu–Hənifənin 1310 illiyinə həsr olunan simpoziumda 40-dan artıq dövlətdən 500-ə qədər nümayəndə iştirak edib. "Koxi Barbod" sarayında keçirilən simpoziumda Tacikistan prezidenti Emoməli Rəhmon, Allahşükür Paşazadə məruzə ilə çıxış ediblər. Hacı Sabir Həsənli bildirib ki, səfər zamanı A. Paşazadə Tacikistan prezidenti ilə birgə Mərkəzi Asiyada ən böyük məscid kompleksinin təməlqoyma mərasimində iştirak edib. Həmçinin E. Rəhmonla keçirilən görüşdə QMİ sədri Azərbaycanla Tacikistan arasında mənəvi əlaqələrin səviyyəsindən razı olduğunu bildirib. Bu görüşdə Hacı Sabir Həsənli və Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev də iştirak edib. Səfər zamanı Allahşükür Paşazadə Azərbaycanın bu ölkədəki səfirliyində olub, Tacikistanda yaşayan Azərbaycanlılarla görüşüb.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2009
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib ki, səfərin məqsədi "Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu" mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak etmək olub. Onun sözlərinə görə, Əbu Hənifənin 1310 illiyinə həsr olunan simpoziumda 40-dan artıq dövlətdən 500-ə qədər nümayəndə iştirak edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2009
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin 60 ilik yubileyi, Şeyxülislamlıq fəaliyyətinin 30 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün xarici ölkələrin dövlət rəsmilərinə göndərilən dəvətlərin bir hissəsinə cavab verilib. APA-nın məlumatına görə, bunu QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti, baş naziri və xarici işlər naziri, Tacikistan prezidenti və bir sıra dini xadimləri yubiley tədbirinə qatılacaqlarını bildiriblər. Hacı Sabir həmçinin, Çeçenistan, İran, Türkiyə, Latviya, Kabardin Balkar, Dağıstan, Səudiyyə Ərəbistanını, İordaniya, Orta Asiya ölkələrinin dövlət rəhbərlərinin, həmçinin din xadimlərinin, Roma Papası və bir sıra ictimai xadimlərinin dəvətlilər sırasında olduqlarını deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2009
|
"Yas mərasimləri ilə bağlı Naxçıvan Muxtar Respublikasında tətbiq olunan qayda bütün Azərbaycan üçün nümunədir". APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib. Hazırda Naxçıvanda yas mərasimlərində yalnız çay və xurma verildiyini qeyd edən S.Həsənli bildirib ki, əslində İslam dini və Azərbaycan əhalisinin maddi vəziyyəti də bunu tələb edir: "Bu vaxta qədər din xadimləri olaraq dəfələrlə bildirmişik ki, yas mərasimlərinin dəbdəbəli keçirilməsi israfçılıq deməkdir. İsrafçılıq edənlərin də bəhanəsi qonşudan daha yaxşı mərasim təşkil etməkdir. Burada ağıla gəlməyən meyvələr süfrəyə qoyulur. Hətta son vaxtlar VİP "palatka"lardan söhbət gedir. Bəyəm, İslam beləmi tələb edir? Digər İslam dövlətlərində belə şey yoxdur".
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2009
|
Azərbaycan paytaxtında Bakı və Xəzəryanı Yeparxiyanın bərpa olunmasının 10 illiyi ilə bağlı tədbirlər keçiriləcək. Yeparxiyadan APA-ya verilən məlumata görə, Muzey Mərkəzində "Bakı və Xəzəryanı Yeparxiya – 10 illik yol" adlı fotosərgi, Azərbaycan Dövlət Filarmoniyasında dini musiqilərin səsləndiriləcəyi konsert təşkil olunacaq. Jen-Mironosits kafedral kilsəsində isə ibadət keçiriləcək. Yubileylə bağlı yepiskop Aleksandrın mətbuat konfransı da planlaşdırılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 6 Oktyabr, 2009
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|