"Azana heç kəs qadağa qoymayıb. Bundan söhbət belə gedə bilməz". Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, son günlər azanın qadağan olunması ilə bağlı cəmiyyətdə yaradılan ajiotaj həqiqətə uyğun deyil. Onun sözlərinə görə, azanın verilməsinə hər hansı məhdudiyyətin tətbiq olunması ilə bağlı dövlət tərəfindən heç bir rəsmi qərar verilməyib: "Sadəcə olaraq, bir neçə yerdə azanın nisbət aşağı səslə verilməsi ilə bağlı məsələ olub. İndi hər şey qaydasındadır. Əvvəllər necə olubsa, bundan sonra da elə olacaq".