Moskva və bütün Rusiyanın patriarxı Kirill noyabrın 6-da Azərbaycana gələcək. APA-nın patriarxlığın saytına istinadən verdiyi məlumata görə, Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 60 illik yubileyi və şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətlər keçiriləcək tədbirlərə qatılacaq. O, Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasında, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda da olacaq. Kirillin Bakıda bütün Gürcüstanın patriarxı II İlya ilə görüşü də nəzərdə tutulub.