POPULYARXƏBƏRLƏR

"İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə "Bakı – İslam mədəniyyətinin paytaxtı -2009" ili çərçivəsində "İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda ilk öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Daha sonra çıxış edən dövlət komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfransın keçirilməsində məqsəd islam dünyasında qadınların hüquqları barəsində xarici ölkələrin təcrübəsindən istifadə etməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi perspektivlərini müzakirə etməkdən ibarətdir: "Bütün dünyada, o cümlədən Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər də aktuallığını saxlamaqdadır. Buna görə də islam ölkələrinin qadınlarının əlaqələrinin daha da genişlənməsinə və qarşılıqlı təcrübə mübadiləsinə ehtiyac var". H. Hüseynova xatırladıb ki, Azərbaycan bir sıra Qərb dövlətlərindən əvvəl, Şərqdə isə ilk dəfə olaraq 1918-ci ildə qadınlara seçki hüququ verib: "İslam dünyasında xüsusi yeri olan Azərbaycanda qadına həmişə xüsusi önəm verilib. Hazırda da Azərbaycanda qadın siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə bildirib ki, islamda ana və qadınların rolu həddən artıq yüksək qiymətləndirilir: "İslamda qadınların iqtisadi sahədə bütün hüquqları tanınır. İslamda ailədə uşaqların tərbiyəsinə görə ata və ana bərabər şəkildə məsuliyyət daşıyır". Komitə sədri deyib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub və dövlət-din münasibətlərinin tənzimlənməsi üçün məqsədyönlü siyasət həyata keçirilir.

BMT-nin Əhali Fondunun Cənubi Qafqaz üzrə ölkə direktoru Pyer Sieben isə bildirib ki, islamda qadın və kişilərə bərabər hüquqlar verilməsinə, qadınların əmlak və siyasi hüquqları olmasına baxmayaraq, bir sıra ölkələrdə bu hüquqlar məhdudlaşdırılır: "Hazırda elə ölkələr var ki, qanunları tanımır. Bizim əsas vəzifəmiz belə cəmiyyətlərdə beynəlxalq konvensiyalar və islam qanunvericiliyi ilə bağlı maarifləndirmə aparmaqdır".



Yerləşdirilib:21 Oktyabr, 2009  09:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com