. ABŞ hərbçilərinin müttəfiqlərin Liviyadakı əməliyyatındakı iştirakı vaxt və miqyas baxımından məhdud olacaq. ABŞ prezidenti Barak Obama ictimaiyyətlə görüşündə bu fikri səsləndirib.
Kanada silahlı qüvvələrinin general-leytenantı Şarl Buşar Liviyadakı NATO əməliyyatlarına rəhbərlik edəcək. Bu barədə Kanadanın müdafiə naziri Piter Makkey məlumat verib.
Suriya hakimiyyətinin ölkədə siyasi islahatların keçirəcəyini vəd verməsinə baxmayaraq, Deraa şəhərində minlərlə insan yenidən etiraz aksiyası keçirir.
Müttəfiqlər fəal surətdə Liviyaya quru hücumu planının üzərində işləyirlər. Bu barədə "RİA Novosti"yə Rusiya kəşfiyyatındakı yüksək rütbəli mənbə məlumat verib.