Yəməndə müxalifət qrupları prezident Əli Abdulla Salehin istefasını ilin sonuna qədər gözləmək niyyətində deyil
APA-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, müxalifət koalisiyasının lideri Yasin Noman prezident Salehin 2011-ci ilə qədər prezident vəzifəsində qalıb sonra istefaya gedəcəyinə dair açıqlamasını boş sözlər adlandırıb. O, müxalifətin bu şərti qəbul etməyəcəyini və mövcud rejimlə dialoqa getməyəcəyini bildirib.
Müxaliflər martın 25-ni "İstefa cüməsi" elan ediblər. Onlar bu gün küçələrə yüz minlərlə adam çıxarmaq niyyətindədir.
Yəmən şəhərlərində isə hökumət qüvvələri ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşmalar davam edir.