Suriya hakimiyyətinin ölkədə siyasi islahatların keçirəcəyini vəd verməsinə baxmayaraq, Deraa şəhərində minlərlə insan yenidən etiraz aksiyası keçirir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Suriyada hökumət əleyhinə etiraz aksiyaları martın 15-də başlayıb.
Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub.