Müəmmər Qəzzafinin Benqazidəki sarayının içində gizli yeraltı zindanlar aşkar edilib. Ətrafı hündür divarlarla əhatələnmiş sarayın içində yüksək divarlar və dəmir qapılarla bağlanmış onlarla qapalı otaq ortaya çıxıb.
Liviya hökuməti üsyançıların atəşkəs barədə etdiyi təklifi rədd edir və hökumət qoşunlarını hazırda yerləşdikləri şəhərlərdən çıxarmağa hazırlaşmırlar. Bu barədə Liviya lideri Müəmmər Qəddafinin rəsmi nümayəndəsi Musa İbrahim bəyan edib.