Azərbaycanın Liviyadakı diplomatik missiyası öz işini adi rejimdə davam etdirir.
Bu barədə APA-ya Azərbaycan Liviyadakı səfirliyində məlumat veriblər: "Tropolidə vəziyyət normaldır. Lazım olsa, səfirliyinin fəaliyyətinin dayandırılması və səfirliyin bütün əməkdaşlarının evakuasiya olunması barədə qərarı ancaq Azərbaycan Xarici İşlər Nazirliyi qəbul edə bilir. Amma biz hələ işimizi adi rejimdə davam etdiririk".
Xatırladaq ki, Liviyada vəziyyət gərginləşəndən sonra səfirliyin bir neçə diplomatı Azərbaycana göndərilib. Hazırda səfirlə bərabər orada 3 diplomat qalıb.