Liviya müxalifəti bildirib ki, onlar ölkənin şərqə yerləşən Marsa el-Breqa şəhərini ələ keçiriblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, üsyançılar geri çəkilən Liviya lideri Müəmmar Qəddafinin qüvvələrini izləyirlər.
İki həftə əvvəl, Qəddafi qoşunları üsyançıların mühüm neft limanı olan Marsa el-Breqadan çıxarmışdılar.
Şənbə günü müxalifət qüvvələri strateji əhəmiyyətli olan Əcəbiya şəhərini tutub.