Kanada silahlı qüvvələrinin general-leytenantı Şarl Buşar Liviyadakı NATO əməliyyatlarına rəhbərlik edəcək. Bu barədə Kanadanın müdafiə naziri Piter Makkey məlumat verib.
Buşar 1974-cü ildə Kanada silahlı qüvvələrinin sıralarına daxil olub və 1976-cı ildə helikopter pilotu ixtisasına yiyələnib.
Son vaxtlaradək Buşar Şimali Amerikanın aerokosmik müdafiəsinin birləşmiş komandanlığının (NORAD) komandanı olub. Hazırda o NATO birləşmiş komandanlığının komandan müavini vəzifəsini tutur.