"Əl-Qaida" beynəlxalq terror şəbəkəsinə yeni lider təyin olunub. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Üsamə bin Ladenin öldürülməsindən sonra boş qalan liderlik vəzifəsinə Ayman əl-Zəvahiri gətirilib.
İordaniyanın nüfuzlu yazıçı-publisisti Sultan Hattabın Azərbaycan haqqında ərəb dilində yazdığı "Azərbaycan: Xəzərin gəlini və neft ölkəsi" adlı yeni kitabı çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Nəsrəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, tədbirdə 12 ölkədən 30-dək nümayəndə iştirak edir.
Liviyanın şərqindəki Əcdəbiyə və Marsa-əl-Breqa şəhərləri ətrafında hökumət qoşunları ilə döyüşlərdə 21 üsyançı həlak olub. Bu barədə üsyançıların nümayəndəsi Musa əl-Məqribi məlumat verib