"Əl-Qaida" beynəlxalq terror şəbəkəsinə yeni lider təyin olunub. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Üsamə bin Ladenin öldürülməsindən sonra boş qalan liderlik vəzifəsinə Ayman əl-Zəvahiri gətirilib.
Əslində Ü. Bin Laden öldürüldükdən dərhal sonra onun yerinə məhz təşkilatın ikinci adamı Ayman əı-Zəvahirinin keçəcəyi bildirilirdi. Lakin "Əl-Qaida"nın operativ qərargahının rəhbəri səlahiyyətlərinin icrası misirli Seyf-əl-Adelə tapşırıldı. A. əl-Zəvahirinin təşkilatın başına daha gənc insanın gəlməsini istəyən qrupun müqaviməti ilə üzləşdiyi iddia olunurdu. Lakin bu iddialar təsdiqini tapmayıb