İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricaninin Azərbaycana səfərinin vaxtı məlum olub.
İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata Ə. Laricani Azərbaycana iyunun 30-da gələcək. Rəsmi xarakter daşıyan səfər Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti əsasında baş tutacaq.
Səfər iki gün çəkəcək.
Qeyd edək ki, Ə. Laricaninin Azərbaycana səfəri bir müddət əvvələ nəzərdə tutulsa da, qeyri-müəyyən səbəblərdən təxirə salınmışdı.