İraqda ABŞ ordusunun 5 hərbçisi öldürülüb. APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Pentaqon hərbçilərin hansı şəraitdə öldüyünü açıqlamasa da, onların "Victory" bazasının silahlı qruplar tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olduqları bildirilir. Silahlılar bazaya 5 raket atıblar.
Qeyd edək ki, indiyədək İraqda 4459 ABŞ hərbçisi həlak olub.