ABŞ müdafiə naziri Robert Geyts Yəməndə baş verən hadisələrin irimiqyaslı müharibəyə səbəb olmayacağını bildirib.
Onun fikrincə, Yəmən prezidenti Əli Abdulla Saleh Səudiyyə Ərəbistanına müalicəyə getdikdən sonra bu ölkədəki vəziyyət xeyli dərəcədə yaxşılaşıb.
"Saleh Səudiyyə Ərəbistanında olduğu müddətdə vəziyyətin onun ailəsinin üzvləri, müxalifətçilər və hərbçilər arasında razılaşmaya doğru getdiyinə ümid artır", deyə Pentaqon rəhbəri bildirib.