Türkiyə prezidenti Abdulla Gül baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilən Türkiyənin 60-cı hökumətinin istefasını qəbul edib.
APA-nın DHA agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğanla prezident Gülün görüşü 45 dəqiqə davam edib.
Türkiyə konstitusiyasına uyğun olaraq parlament seçkilərində qalib gələn Ədalət və İnkişaf partiyası yeni hökuməti formalaşdıracaq.