Liviya üsyançıları ölkənin qərbindəki Cəbəl əl-Qərbi bölgəsində bütün şəhərləri ələ keçiriblər. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, Müəmmər Qəddafinin qoşunları uzun döyüşlərdən sonra cənuba doğru geri çəkiliblər. Üsyançılar bir neçə hərbi texnikanı o cəmlədən "Qrad" qurğularını ələ keçirə biliblər.