Liviyanın şərqindəki Əcdəbiyə və Marsa-əl-Breqa şəhərləri ətrafında hökumət qoşunları ilə döyüşlərdə 21 üsyançı həlak olub. Bu barədə üsyançıların nümayəndəsi Musa əl-Məqribi məlumat verib
Bizim adamlarımız tələyə düşüblər. Qəddafinin əsgərləri ağ bayraq qaldıraraq bizə yaxınlaşaraq qəflətən atəş açdılar. Döyüşlər indiyədək davam edir", deyə əl-Məqribi bildirib. Onun sözlərinə görə, döyüşlərdə 21 üsyançı həlak olub, daha 20 nəfər isə yaralanıb.