Bu ilin fevralında Liviyada Müəmmar Qəddafi rejiminə qarşı kütləvi xalq etirazları başlayandan 50 min nəfər həlak olub. APA-nın məlumatına görə, bu barədə Milli Keçid Şurasının təmsilçisi, polkovnik Hişam Buhagiar (Hisham Buhagiar) Tripolidə bildirib.
YENİ AYIN HİLALININ BU GÜN, 30 AVQUSTDA AXŞAM GÖRÜNMƏSİNİN TƏSDİQİ İLƏ ƏLAQƏDAR, SABAH 31 AVQUST AZƏRBAYCANDA RAMAZAN - FİTR BAYRAMIDIR. ALLAH BAYRAMINIZI MUBARƏK, DUA, NİYYƏT VƏ İBADƏTLƏRİNİZİ QƏBUL ETSİN!
Ərəbistanın "Əl-Ərəbiyyə" telekanalının yerli insan hüquqları təşkilatlarına istinadən yaydığı məlumata görə, Suriyada müxtəlif şəhərlərində Ramazan bayramının sona çatması ilə əlaqədar bayram namazından sonra keçilən nümayişlərə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 17 nəfər həlak olub.
Frans Press agentliyinin yaydığı məlumata görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi Liviya Milli Keçid Şurasının (MKŞ) rəhbəri Mustafa Əbdel Cəlili imkan olanda Tehrana səfər etməyə dəvət edib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun (GF) “Somali uşaqlarına xilas əlini uzat” beynəlxalq xeyriyyə kampaniyası Azərbaycanda fəaliyyətini tamamlayıb.