Frans Press agentliyinin yaydığı məlumata görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi Liviya Milli Keçid Şurasının (MKŞ) rəhbəri Mustafa Əbdel Cəlili imkan olanda Tehrana səfər etməyə dəvət edib.
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Salehi ilə Cəlili arasında baş tutan telefon danışığı qiyamçıların hakimiyyətə gəlməsindən sonra İran höküməti ilə MKŞ arasında ilk rəsmi danışıq olub.
Dəfələrlə qiyamçıları dəstəklədiyini bəyan edən rəsmi Tehran son ana qədər MKŞ-i rəsmən tanıdığını bəyan etməyib.
İranlı nazir "müsəlman Liviya xalqı inqilabının qələbəsini" dəstəkləyərək, hərbi əməliyyatlar zamanı ölkəni tərk etmiş İranın Liviyadakı səfirinin də tezliklə qayıdacağını bildirib.
Cəlili Liviya xalqının çətin anlarında dəstək olduğuna görə İrana minnətdarlığını bildirib və Salehini Liviyaya səfərə çağırıb.