Səudiyyə Ərəbistanının Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görülməsi və Ramazan bayramının 30 avqustda elan olunmasının bir xəta olduğunu bəyan edib. Yayılan məlumata görə, bu səbəbdən Səudiyyə camaatının üzərinə düşən kəffarəni hökumət özü ödəyəcək. Ümumilikdə bu xətaya görə 1 milyard 600 milyon Səudiyyə rialı (təqribən 445 milyon dollar) dəyərində kəffarə ödəniləcək.