Ərəbistanın "Əl-Ərəbiyyə" telekanalının yerli insan hüquqları təşkilatlarına istinadən yaydığı məlumata görə, Suriyada müxtəlif şəhərlərində Ramazan bayramının sona çatması ilə əlaqədar bayram namazından sonra keçilən nümayişlərə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 17 nəfər həlak olub.
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, 1-i uşaq olmaqla 5 dinc sakin İdlib şəhərində, daha 1 nəfər Dəməşq şəhərində öldürülüb. Bundan başqa, daha 2 nəfər Homs, 3 nəfər Nava, 5 nümayişçi isə ƏL-Xoulyə şəhərində qətlə yetirilib.