Bu gün Ramazan bayramı münasibətilə Moskvada yaşayan azərbaycanlı dindarlar "İman" məscidində toplaşıblar.
SalamNews-un xüsusi müxbirlərinin verdiyi məlumata görə, məscidə yığışan müxtəlif millətlərin təqribən 500-dək nümayəndəsi Ramazan bayramı münasibətilə ənənəvi bayram namazını qılıblar.
Məscidin imamı azərbaycanlıları və bütün müsəlmanları bayram münasibətilə təbrik edib. O, həmçinin bayram namazının mahiyyəti və əhəmiyyəti barədə söhbət açıb.
Mərasim iştirakçılarından Əli Nəzərovun sözlərinə görə, Ramazan bayramı Orucluq ayının başa çatması münasibətilə ən böyük hədiyyədir. O bildirib ki, bayram vaxtı Allaha dualr edilməsi insanı paklığa aparır. Məhz buna görə, bu təmizlik bayramı ən əsas bayram hesab edilir.