Türkiyə prezidenti Abdullah Gül BMT-nin "Mavi Mərmərə" hesabatı haqqında fikirlərini bölüşüb. "AA"nın verdiyi xəbərə görə, Abdullah Gül, "BMT-nin "Mavi Mərmərə" hesabatı bizim üçün "yox" hökmündədir" - deyib.
Avropa Birliyinə üzv olan 27 ölkənin xarici işlər nazirləri sentyabrın 2-də Polşada görüş keçirəcək. Görüş zamanı Fələstinin sentyabr ayının sonlarında BMT Baş Assambleyasına müstəqillik üçün müraciətinin müzakirə ediləcəyi bildirilir, - “MigNyus” xəbər verir.
Liviyada növbədən kənar prezident seçkiləri 20 ay ərzində, Konstitusiya Assambleyası isə 8 aydan sonra keçirilməlidir. Bu qərarı Liviyanın Milli Keçid Şurası (MKŞ) qəbul edib.
Devrilmiş Liviya lideri Müammər Qəddafi tərəfdarlarını Liviyanın əksər ərazilərinə nəzarət edən qiyamçılara qarşı partizan müharibəsi aparmağa çağırıb.