Azərbaycan prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda, krallığın vəliəhdi Sultan bin Əbdüləziz Al Səudun vəfatı münasibətilə başsağlığı verib.
Liviyanın keçmiş diktatoru rəzil vəziyyətdə öldürüləndən sonra, onun oğlu Seyfülislam Qəzzafinin də ayaqlarından vurularaq yaxalandığı xəbəri yayıldı. Bu barədə Türkiyənin "Anadolu" agentliyi Liviyanın Milli Keçid Şurasına istinadən xəbər yaymışdır.
Liviya lideri Müəmmər Qəddafi cümə axşamı Liviyanın qurtuluşu üzrə Xalq Cəbhəsi Partiyasının 18 yaşlı döyüşçüsü Əhməd Şaybani tərəfindən qətlə yetirilib.
Polkovnik Müəmmər Qəddafi yaxın zamanda müsəlman qaydaları ilə ehtimal ki, Misrata şəhərində dəfn olunacaq. Bu barədə “Əl-Cəzirə” ərəb televiziyası məlumat yayıb.