Somali prezidenti Şərif Əhməd Türkiyənin İstanbul şəhərinə gəlib.(İHA) O, burada keçirilən İslam Əməkdaşlıq Təşkilatının 27-ci İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin toplantısında iştirak edəcək.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqın Kürd bölgəsinin keçmiş lideri Neçirvan Bərzanini qəbul edib.(CİHAN) Görüşün keçirilməsinə səbəb PKK terrorçuları tərəfindən 24 türk əsgərinin qətlə yetirilməsidir. Görüşün təfərrüatı barədə məlumat verilməyib.
ABŞ dövlət katibi Hillari Klinton Əfqanıstana elan olunmamış səfərə gəlib. Onun Əfqanıstan prezidenti Həmid Kərzay və digər hökumət nümayəndələri ilə görüşləri planlaşdırılıb. Bu barədə Reyter agentliyi ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat verir.
Azərbaycan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə yollanacaq azərbaycanlı zəvvarlar üçün kurslar təşkil edib.
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının (AİP) “Qarabağa azadlıq!”, “Hicab məhbuslarına azadlıq!”, “İslamofobiyaya son!” şüarları ilə keçirmək istədiyi aksiyanı məqsədəuyğun saymayıb.