Türkiyə Silahlı Qüvvətləri (TSQ) Baş qərargahı dünən verdiyi bəyanatı yeniləyib.
Salamnews-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, TSQ hərbi əməliyyatlarla bağlı detalları açıqlayıb: "2011-ci il oktyabrın 20-də verilən beyanatda bildirilirdi ki, ölkə daxilində və xaricində beş ayrı nöqtədə 22 tabur ilə əməliyyatlara başlanılıb. Media orqanları bu bəyanatımızı səhv şərh edərək, başlanılan əməliyyatların sadəcə, ölkə xaricində həyata keçirildiyini yazır. Yerüstü və hava əməliyyatlarının böyük bir hissəsi ölkə daxilində, əsasən Çukurca da həyata keçirilir. Şimali İraqda bir neçə nöqtədə yerüstü və hava əməliyyatları davam edir".