İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyəyə səfər edib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iranlı nazirin türkiyəli həmkarı Əhməd Davudoğlu, prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşləri olacaq. Görüşlərdə ikitərəfli münasibətlər və terrora qarşı mübarizə məsələləri müzakirə ediləcək. TRT Xeber in verdiyi məlumata görə artıq hər iki ölkənin xarici işlər nazirinin görüşü keçirilmişdir. Görüş zamanı bölgədəki PKK terorizmi, İran-Amerika munasibətləri, Suriyadakı vəziyyət kimi regional məsələlər müzakirə olunmuşdur.Keçirilən mətbuat konfransındaİranın xarici işlər naziri Əli Əkbər Salehi qeyd etmişdir ki, PKK ya qarşı mübarizədə İran Türkiyəyə dəstək verəcək. O əlavə etmişdir ki, PKK - nın ikinci rəhbəri Qarailanın İran tərəfindən tutulub buraxılması kimi xəbərləri təkzib etmişdir.