Polkovnik Müəmmər Qəddafi yaxın zamanda müsəlman qaydaları ilə ehtimal ki, Misrata şəhərində dəfn olunacaq. Bu barədə “Əl-Cəzirə” ərəb televiziyası məlumat yayıb.
SalamNews İnterfaks-a istinadən xəbər verir ki, Liviyanın sabiq liderinin meyitinə qusul verilməsi üçün Misratadakı məscidlərin birinə gətirilib.
Britaniya telekanalı “Sky news” Liviya televiziyasında nümayış etdirilən MKŞ döyüşçülərinin Sirtin küçələrində Qəddafinin qan içində olan meyitini sürüdüklərini nümayış etdirib.
Jurnalistlər həlak olmuş polkovnikin şəkillərini də əldə ediblər. Şəkillər Sirtdə mobil telefonu vasitəsilə çəkilib.