Liviya lideri Müəmmər Qəddafi cümə axşamı Liviyanın qurtuluşu üzrə Xalq Cəbhəsi Partiyasının 18 yaşlı döyüşçüsü Əhməd Şaybani tərəfindən qətlə yetirilib.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, "Qəddafini qətlə yetirən 18 yaşlı Əhməd Şaybani adında yeni qəhraman dünyaya gəlib”– bu sözləri partiyanın üzvü Məhəmməd Əli Əbdalla Twitter bloqunda yazıb.
Xatırladaq ki, Qəddafi cümə axşamı Sirt şəhərin rayonunda pusquya düşürək, Liviyanın MKŞ döyüşçüləri tərəfindən əsir götürülüb, sonra aldığı yaralardan ölüb. Eyni zamanda, polkovnikin qətli müəmmalı məlumatlar da var.