Liviyanın keçmiş diktatoru rəzil vəziyyətdə öldürüləndən sonra, onun oğlu Seyfülislam Qəzzafinin də ayaqlarından vurularaq yaxalandığı xəbəri yayıldı. Bu barədə Türkiyənin "Anadolu" agentliyi Liviyanın Milli Keçid Şurasına istinadən xəbər yaymışdır.
Qeyd edək ki, Seyfülislam tez-tez televiziya ekranlarına çıxaraq təkəbbürlü iddialarla qələbə qazanacaqlarını bəyan edirdi. Lakin, zalımların axmaqlardan qərar verildiyindən bixəbər olan bu rəzil insan, bir gün bu vəziyyətdə həbs olunacağını heç ağlına da gətirməmişdir. Onu da qeyd edək ki, Qəzzafinin cəsədini yerli əhali küçələrdə sürüyüblər.