Azərbaycanın Xarici İşlər Nazirliyi İranın Azərbaycana təqdim etdiyi etiraz notası ilə bağlı məsələni araşdırır.

XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev SalamNews-a bildirib ki, bununla bağlı əlavə məlumat veriləcək.
Xatırladaq ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və İran-Azərbaycan sərhədindəki silahlı hadisə ilə bağlı rəsmi etiraz notası təqdim olunub.