Bir neçə gün öncə Fələstin BMT-nin Elm, Təhsil və Mədəniyyət Komissiyasına (YUNESKO) üzv seçildi. Lakin bu, bir sıra ölkələri qıcıqlandırdı. ABŞ və Kanada artıq YUNESKO-ya maliyyə yardımlarını kəsdiklərini bəyan ediblər.
Ərəb Birliyi dəfələrlə Suriya hökumətini mülki vətəndaşlara qarşı qətliama son verməyə çağırıb. Küveytin "əl-Qabas" gəzetinin məlumatına görə, Ərəb Birliyi keçən həftə Suriya hökumətinə açıq şəkildə son xəbərdarlığını edib.(zaman)
Rusiya Ərəbistan yarımadasında ilk rus parvoslav kilsəsinin tikintisinə yardım etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş səfiri Salem Xalifa Mohamed Əl-Ğaflinin etimadnaməsini qəbul edib.