Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ''İşçi qüvvəsinin köç etməsinin 50-ci ili'' tədbirlərində iştirak etmək üçün Almaniyaya gedib
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Berlində keçirilən tədbirdə çıxış edən Baş nazir Ərdoğan həm terror, həm də inteqrasiya mövzusunda Almaniya hökumətini çox sərt tənqid edib.
Ərdoğan deyib: "Terror təşkilatının pul toplamasına göz yumanlar bunu öz vicdanları ilə izah etsinlər. Bu, insanlıq xarici hücumların tək məsuliyyəti terror təşkilatı deyil. Avropalı dostlarımızın önünə tək-tək adların, dərnəklərin, nəşr quruluşlarının, köçürülən pul miqdarının faktlarla dedikdə bizə bəhanələr gətirirlər. Siz, o bəhanələri bizə gətiməyin, əgər izah edə bilsəniz, əvvəlcə öz vicdanınızla izah edin".
Baş nazir Ərdoğanın "Merkelə də çatdıracam" dediyi bu tənqidlər yalnız terrorla mübarizə ilə məhdudlaşmayıb. Baş nazir Almaniyadakı türklərin inteqrasiya problemində də Almanya hökumətini məsul tutub.