POPULYARXƏBƏRLƏR

Fələstinin gündəmə gətirdiyi YUNESKO

Bir neçə gün öncə Fələstin BMT-nin Elm, Təhsil və Mədəniyyət Komissiyasına (YUNESKO) üzv seçildi. Lakin bu, bir sıra ölkələri qıcıqlandırdı. ABŞ və Kanada artıq YUNESKO-ya maliyyə yardımlarını kəsdiklərini bəyan ediblər.

Bu yazıda oxuculara YUNESKO haqda bir az ətraflı məlumat verəcəyik.

YUNESKO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ümumdünya təşkilatıdır. 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və altbölmələr daxildir. YUNESKO məqsədini proqramının birinci maddəsində belə açıqlayar: "UNESCO, beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədiylə qurulub".



YUNESKO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib, 4 noyabr 1946-cı ildə qüvvəyə minib. Hal-hazırda 191 ölkə bu təşkilatın üzvüdür.



YUNESKO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.



1972-ci ildə YUNESKO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya " qəbul edilib.



Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan YUNESKO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.



Üzv dövlətlərin nümayəndələrindən ibarət olan Ümumi Konfrans 1946-1953 illər arasında hər il, 1954-dən bəri iki ildən bir toplaşır. Bu vaxta qədər 26 Ümumi Konfrans keçirilib. Ümumi Konfrans, Təşkilatın ən səlahiyyətli orqanı olaraq İcra Şurası üzvlərini və Baş Direktoru seçir, YUNESKO-nun iş proqramlarını qəbul edir və büdcəni təsdiq edir.

İndiyədək YUNESKO-da 10 baş direktor olub. Bunlar:

Julian Huxley (1946-1948, Böyük Britaniya)

Jaima Torres Bodes (1948-1952, Meksika)

John Taylor (1952-1952, ABŞ)

Luther Evans (1953-1958, ABŞ)

Vittorino Veronese (1958-1961, İtaliya)

Rene Maheu (1962-1974, Fransa)

Amadou Mahtar Mbow (Senegal, 1974-cü və 1980-ci illərdə seçilib)

Federico Mayor (İspaniya, 1987-ci ildə və 1993-cü illərdə seçilib)

Koichiro Matsuura (Yaponiya) (1999 və 2004-cü illərdə seçilib)

2009-cu ildən - İrina Bokovadır (Bolqarıstan).



Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiridir.



Hazırladı: Rza KAMİL/Deyerler.org/



Yerləşdirilib:2 Noyabr, 2011  16:00, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com