Rəsmi Tehran ABŞ-dan rəsmi bəyanat alıb. Bəyanatda rəsmi Vaşinqtonun İranla bundan sonra danışıqlar aparmağa hazır olduğu bildirilir.
SalamNews-un ''FarsNews''-yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi məlumat verib. Mətbuat konfransında çıxışı zamanı XİN rəhbəri rəsmi Vaşinqtonun İranın nüvə proqramı üzrə danışıqlar həyata keçirməkdə maraqlı olması ilə bağlı ABŞ tərəfindən məktub aldıqlarını bəyan edib.
Nazir məktubun məzmununu açıqlamayıb. Bununla belə, Əli Əkbər Salehi, məktubda bir neçə əsaslanmamış və ziddiyyətli maddələrin olduğunu vurğulayıb.