Rusiya Ərəbistan yarımadasında ilk rus parvoslav kilsəsinin tikintisinə yardım etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
SalamNews-un ''İnterfaks''a istinadən verdiyi xəbərə görə, Əbu-Dabidə keçirilmiş Rusiya-Fars körfəzi ərəb dövlətləri liqasının strateji dialoqunun nəticələrinə həsr olunmuş mətbuat konfransında XİN rəhbəri deyib: "Biz Ərəbistan yarımadasında ilk olaraq, Şərcədə rus pravoslav kilsəsinin tikintisinə veridiyi dəstəyə görə BƏƏ hökümətinə minnətdarlığımızı bildiririk".
Xatırladaq ki, 2007-ci ilin sentyabrında o vaxtki Smolensk və Kalininqrad mitropoliti, Rusiya Pravoslav Kilsəsinin xarici kilsə əlaqələrinin sinodol şöbəsinin rəhbəri patriarx Kirill tikiləcək məbədin təməl daşını müqəddəs suya çəkib.