Ərəb Birliyi dəfələrlə Suriya hökumətini mülki vətəndaşlara qarşı qətliama son verməyə çağırıb. Küveytin "əl-Qabas" gəzetinin məlumatına görə, Ərəb Birliyi keçən həftə Suriya hökumətinə açıq şəkildə son xəbərdarlığını edib.(zaman)
Suriya lideri Bəşər Əsəd İngiltərənin "Sunday Telegraph" qəzetinə verdiyi müsahibədə, Qərb ölkələrinin Suriyaya müdaxiləsinin bir zəlzələyə səbəb olacağını və bütün regionda yanğınla nəticələnəcəyini bildirib. Əsəd, “Suriyaya hər hansı bir müdaxilə yeni bir Əfqanıstan ortaya çıxaracaq”, - deyə qeyd edib.
/Deyerler.org/