Hicri təqvimi ilə 1433-cü il sona çatdı, Məhərrəm ayı daxil olur, yeni, 1434-cü il başlayır. İslam aləmində illərin bir-birini əvəzləməsi elə də əlamətdar hadisə sayılmasa da, hər halda bir anlığa ayaq saxlamağa, ötənləri, gerçəkliyi, gələcəyi qiymətləndirməyə dəyər.