POPULYARXƏBƏRLƏR

İmam yenə də “kişiliyiniz olsun!” deyərdi

Hicri təqvimi ilə 1433-cü il sona çatdı, Məhərrəm ayı daxil olur, yeni, 1434-cü il başlayır. İslam aləmində illərin bir-birini əvəzləməsi elə də əlamətdar hadisə sayılmasa da, hər halda bir anlığa ayaq saxlamağa, ötənləri, gerçəkliyi, gələcəyi qiymətləndirməyə dəyər.

Xüsusən də Məhərrəmin bir çox müsəlmanlar üçün hüzn ayı olduğunu nəzərə alsaq. Kərbəla faciəsi məhz bu ayda baş verib. İraqın yandırıcı səhrasında cərəyan edən hadisələrdən bizi 14 əsr ayırsa da, o zaman ümmətə vurulan sarsıdıcı zərbələr hələ də sağalmayıb.

Hicrətin 1-ci əsri ilə günümüz arasında paralellər aparsaq, vəziyyətin nəinki yaxşılaşmadığını, bəlkə daha da pisləşdiyini etiraf etməli olacağıq. Müsəlmanlara qarşı elan olunmamış müharibə davam edir. İslam ardıcıllarına qarşı işlənən bəşəri cinayətlərin müəllifləri sıralamasında hələlik son ünvan İsraildir. Sionist qurum müsəlmanlara “yeni il hədiyyəsi” hazırlayıb, Qəzzada yeni hərbi əməliyyatlara start verib. Hərçənd, burda təəccüblü heç nə yoxdur, İsrail “anti-İslam klubunun” sadiq üzvüdür və yəqin ki, ABŞ-dan sonra müsəlman qanına susayan ikinci bir qurumdur. Yenə də günahsız Fələstin uşaqları qətlə yetirilir.

Nə qədər dəhşətli olsa da, amma etiraf etməliyik ki, Yaxın Şərqdə 62 ildir zorla mövcudluğunu sürdürən sionist qurum yeni, müsəlmanlara nifrət bəsləyən bir nəsil yetişdirib. Onların düşüncə tərzi isə faşist ideologiyasından, demək olar ki, heç nə ilə fərqlənmir. Diqqət yetirin, görün İsrail saytlarının birində 11 aylıq fələstinlinin qətl səhnəsini əks etdirən fotoşəkili şərh edən bu dövlətin sıravi vətəndaşı nə yazır: “Fotolara baxanda bizimkilərin gözəl bombaladığı təsəvvürü yaranır, amma nəticə yoxdur. Cəmi bir neçə öldürülən “fələsli”? Yüzlərlə, minlərlə qətl edilən düşmənlər hanı? Orduya qalib gəlmək imkanı verin! SAXAL, irəli, sizə uğurlar! Uşaqlar, ən əsası özünüzü qoruyun!”. Bu məxluqun (üzr istəyirəm, amma ona insan deməyə dilim dönmür) yazdıqlarını necə şərh edəsən? Bəli, məhz belə. Gebbels siyasəti 21-ci əsrdə fəaliyyətdədir. Raket və bomba zərbələri nəticəsində öldürülənlər uşaqlar, qocalar, qadınlar yox, “fələslərdir”. Bu alçaldıcı tərif yalnız fələstinlilərə deyil, bütöv İslam ümmətinə aiddir. İsrail gəncliyinin heyvani instinktləri başadüşüləndir, onlardan başqa şey gözləməyinə dəyməz. Bəs ümmət öz din qardaşlarını quduz vəhşidən qorumaq üçün hansı tədbirlər tökür, cavab addımları atırmı? Təəssüf ki, müsbət cavab vermək mümkün deyil. Daha doğrusu isə, ümmət acınacaqlı durumdadır. Düzdür, Türkiyə, Misir barmaq silkələyərək İsraili xəbərdar edir. Vəssalam. Bundan artığını gözləmək isə sadəlövhlük olardı. Türkiyənin ABŞ-a qarşı çıxdığını təsəvvür etmək mümkündürmü? Bu gün Birləşmiş Ştatlar, həmişə olduğu kimi, yenə də qatillərin yanında, məzlumlara qarşıdır. Türkiyə anlayır ki, İsrail Suriya deyil. Suriyada Ərdoğan və tərəfdarları üçün geniş fəaliyyət meydanı var, həm özünü demokrat kimi göstərmək mümkündür, həm də islamçı. Eyni zamanda Ağ Evlə dostluq da təhlükə altına alınmır.

Bəs Misir? Qahirə fələstinlilərin aqibətini yüngülləşdirə bilərmi? Əlbəttə, mümkündür, amma bu da baş verməyəcək. ABŞ tərəfindən yetişdirilən Misirin yeni prezidenti riskə gedərmi? Axı Mübarəkin aqibəti göz qabağındadır. Ümmətin başqa ölkələri də öz problemləri ilə məşğuldurlar, hər kəs yorğanı öz üstünə çəkməyə çalışır.

Bu ay müsəlmanlar yenə də İmam Hüseyn (ə) və səhabələrinə yas saxlayacaqlar. Amma yalnız Kərbəla şəhidlərinə göz yaşı axıtmayacaqlar. Müsəlmanlar öz pərakəndəliyinə, acizliyinə, başısoyuqluğuna ağlayacaqlar. Görəsən bu nə vaxta qədər davam edəcək?

P.S. Aşura günü İmam Hüseyn (ə) düşmən qoşununa (yeri gəlmişkən, bu qoşunun bütün üzvləri müsəlman olub) müraciət edərək deyib: “İmanınız yoxdursa, barı kişiliyiniz olsun!”. Yəqin ki, bu gün imam ümmətə və bu ümmətin liderlərinə müraciət etmək imkanı qazansaydı, eyni sözləri təkrar edərdi.



Yerləşdirilib:16 Noyabr, 2012  00:33, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 19 Noyabr, 2012  01:14
# Ответить
+3


]]>]]>

Salam aleykum.Hal hazirda dunya muselmanlarinin ucde biri oz rehberini taniyir ve ozlerine rehber qebul edir ve bu ali ve fovqel shexsiyyet aqamiz Sahibezamandir(s) qayib olmaqina baxmayaraq.Felestinliler ve bashqa muselmanlarin bu musibetlere meruz qalmasinin bashlica sebebide Imam Zaman aqanin(s) vahid rehberliyi altinda birleshmemesidir ve dishmenlerde muselmanlarin bele daqiniq halda olmaqindan meharetle istifade edib zor tetbiq etmekle beraber oz mekrli siyasetlerini heyata kecirirler.Muhammaed(s) ummetinin yegane qelebe yolu aqamiz Sahibezamanin(s) rehberliyi altinda birleshmesinden kecir eks teqdirde bu ummet dushmenlerin zulmune meruz qalmaqda davam edecekdir.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com